Ölkədə qızların sayı kəskin azalıb

Ölkədə qızların sayı kəskin azalıb

Ekspert: "Bu il I sinifə gedəcək 164234 nəfər şagirddən 83000-dən çoxu oğlandır"

 

"Ölkədə qız uşaqlarının sayı kəskin şəkildə azalır". Bunu AYNA-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

 

Təhsil eksperti bu barədə fikrini məktəbli şagirdlərin statistikası ilə əsaslandırıb: "Təkcə bunu demək kifayətdir ki, bu il orta ümumtəhsil məktəblərində 1 525 016 nəfər şagird təhsil alacaq. Onlardan 810757 nəfər oğlan, 714259 nəfər isə qızdır. Bu il I sinifə gedəcək 164234 nəfər şagirddən 83000-dən çoxu oğlandır".

 

"Fikrimcə, müvafiq qurumlar bu məsələni diqqətə almalıdır. Ümumrespublika üzrə maarifləndirici tədbirlər görülməlidir. Bu məsələdə daha çox iş Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üzərinə, eləcə də mövcud QHT-lərin üzərinə düşür", - deyə ekspert əlavə edib.

Müəllif: Ayna.az      10 Sentyabr 2019 13:57
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin