Əsas səhifə Haqqımızda Xəbər lenti

Quantanamoda cəza çəkən 73 yaşlı pakistanlı azad edilir

Quantanamoda cəza çəkən 73 yaşlı pakistanlı azad edilir

Əl-Qaidə terror təşkilatı ilə əlaqədə şübhəli bilinərək saxlanılan keçmiş iş adamı Sayfullah Paraç bəraət alıb

 

ABŞ-ın Quantanamo həbsxanasının ən yaşlı məhbus olan 73 yaşlı pakistanlı kişi 16 ildən sonra azadlığa buraxılacaq. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə onun vəkili Şelbi Sullivan-Bennis deyib.

 

Vəkilin sözlərinə görə, Əl-Qaidə terror təşkilatı ilə əlaqədə şübhəli bilinərək saxlanılan, lakin heç vaxt cinayəti sübuta yetirilməyən keçmiş iş adamı Sayfullah Paraç bəraət alıb. Paraç 16 ildə terrorizmlə əlaqəsini rədd edib.

 

O, 2003-cü ildə Tailandda tutulub və 2004-cü ildə Quantanamoya köçürülüb.

 

Vəkil əlavə edib ki, ABŞ hökuməti onu geri qaytarmaq üçün Pakistan hakimiyyəti ilə danışıqlar aparır. Paraç yaxın bir neçə ayda Pakistana qaytarılacaq.

 

Qeyd edək ki, bundan əvvəl Quantanamo həbsxanasının ən təhlükəli cinayətkarlar üçün blokunun bağladığı açıqlanıb. Həbsxana rəhbərliyi təhlükə törətməyən və insident yaratmayan bütün məhkumların 7-ci düşərgədən qonşu 5-ci düşərgəyə köçürüldüyünü açıqlayıb.

 

Quantanamo ABŞ-a qarşı düşmən tərəfindən döyüşən, əsasən terror cinayətlərində şübhəli bilinən şəxslər üçün düşərgədir. Kubanın Quantanamo körfəzində daimi olaraq icarəyə götürülmüş dəniz bazasında yerləşir. 21 yanvar 2009-cu ildə ABŞ-ın o zamankı Prezidenti Barak Obama həbsxananın ləğvi barədə əmr imzaladı. Düşərgənin bir il ərzində bağlanacağı bildirilsə də, qərar yerinə yetirilmədi. 2018-ci ilin əvvəlində ABŞ Prezidenti Donald Tramp Quantanamo həbsxanasındakı hərbi həbsxananın qorunması haqqında əmr imzaladı.

 

Fevral ayında isə ABŞ-ın yeni Prezidenti Co Baydenin göstərişi ilə Quantanamo həbsxanasının bağlanması prosesinə başlanılıb.

 

Müəllif: Ayna.az      19 May 2021 13:20
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin