Əsas səhifə Haqqımızda Xəbər lenti

Samirə Əfəndi bu gün “Eurovision 2021”-də çıxış edəcək

Samirə Əfəndi bu gün “Eurovision 2021”-də çıxış edəcək

Təmsilçimiz müsabiqədə "Mata Hari" mahnısını oxuyacaq

 

Bu gün keçiriləcək “Eurovision 2021” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalında Azərbaycan təmsilçisi çıxış edəcək. AYNA-nın xəbərinə görə, Azərbaycanı müsabiqədə Samira Əfəndi "Mata Hari" mahnısı ilə təmsil edir.

 

Mahnı müsabiqəsi Hollandiyanın Rotterdam şəhərində keçirilir. Müsabiqənin ikinci yarımfinalı mayın 20-də, final isə mayın 22-də baş tutacaq.

 

Rotterdamda müsabiqə 2020-ci ildə keçirilməli olsa da, koronavirus pandemiyası ilə əlaqədar müsabiqə təxirə salınmışdı.

 

Birinci yarımfinalda Azərbaycanla yanaşı Rusiya, Avstraliya, Norveç, Xorvatiya, İsrail, Belçika, Ukrayna, Malta da çıxış edəcək.

Müəllif: Ayna.az      18 May 2021 14:08
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin