Əsas səhifə Haqqımızda Xəbər lenti

Ali təhsil müəssisələri üçün anonim sorğu keçirilir

Ali təhsil müəssisələri üçün anonim sorğu keçirilir

Müvafiq müəssisələrin daxili keyfiyyət təminatı sisteminin mövcud vəziyyəti təhlil ediləcək

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ali təhsil müəssisələrinin rəhbərlik və kollektivini anonim sorğuda iştiraka dəvət edir.

 

Təhsil Nazirliyindən AYNA-ya bildirilib ki, sorğunun keçirilməsində məqsəd müvafiq müəssisələrin daxili keyfiyyət təminatı sisteminin mövcud vəziyyətini təhlil etmək, təlim ehtiyac və istəklərini müəyyən etməkdir. Eyni zamanda, onların agentliyin təlim və metodiki dəstək xidmətlərinə dair təklifləri ilə tanış olmaqdan ibarətdir.

 

Qeyd edək ki, TKTA-nın nizamnaməsinə əsasən təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil etmək, eləcə də təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək agentliyin fəaliyyət istiqamətlərindən biridir.

Müəllif: Ayna.az      18 May 2021 13:04
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin