Əsas səhifə Haqqımızda Xəbər lenti

Ordumuzun antiterror əməliyyatına hazırlığı yoxlanılır

Ordumuzun antiterror əməliyyatına hazırlığı yoxlanılır

Qoşunların antiterror əməliyyatına bilavasitə hazırlığı ilə əlaqədar müvafiq tapşırıqlar verilib

 

Təlimlərdə antiterror əməliyyatları ilə bağlı qərar, qoşunların döyüş tapşırıqları və qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili dəqiqləşdirilib.

 

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, Azərbaycan Ordusunda təlimlərin növbəti mərhələsində müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin təlimlərin gedişi barədə maket üzərində məruzələrini dinləyib.

 

Məruzələr dinlənildikdən sonra ehtiyatların və mərkəzi tabelikdə olan qoşunların antiterror əməliyyatına bilavasitə hazırlığı, yenidən qruplaşmanın keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib.

 

Müəllif: Ayna.az      18 May 2021 12:35
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin