Əsas səhifə Haqqımızda Xəbər lenti

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb

Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub

 

Daxili İşlər Nazirliyi (DİN) mayın 17-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

 

DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 31 cinayətin üstünü “isti izlər”lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 43 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sürsatla bağlı 2 fakt müəyyənləşdirib.

 

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

Müəllif: Ayna.az      18 May 2021 12:03
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin