Əsas səhifə Haqqımızda Xəbər lenti

Putin Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb

Putin Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb

Rusiya Prezidenti Ədalət Hacıyev və Aleksandr Şarovskini təltif edib

 

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın iki mədəniyyət xadimini mükafatlandırıb.

 

AYNA xəbər verir ki, Rusiya Prezidentinin Fərmanı ilə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev “Puşkin” medalı ilə, teatrın baş rejissoru Aleksandr Şarovski “Dostluq” ordeni ilə təltif edilib.

 

Sənəddə qeyd edilib ki, Azərbaycan mədəniyyət xadimləri Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsinə və Azərbaycanda rus teatr sənəti ənənələrinin qorunub saxlanılmasına verdiyi böyük töhfələrə görə mükafatlandırılıb.

Müəllif: Ayna.az      17 May 2021 06:47
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin