Əsas səhifə Haqqımızda Xəbər lenti

AzTV-dən maliyyə yoxlaması barədə AÇIQLAMA

 AzTV-dən maliyyə yoxlaması barədə         AÇIQLAMA

“Hesablama Palatasının yoxlaması başa çatdıqdan sonra məlumatlar saytımızda dərc ediləcək”

 

“Azərbaycan Televiziya və Radio Verilişləri“ QSC-nin illik maliyyə hesabatı ilə bağlı bəzi informasiya resurslarında yayılan araşdırmalara aydınlıq gətirib. Qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya bildirilib ki, şirkətin Aztv.az rəsmi internet saytının "Haqqımızda" bölməsində 2019-cu ili əhatə edən illik maliyyə hesabatları yerləşdirilib.

 

Məlumatda qeyd edilib ki, bu hesabatlar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, 2020-ci ilin aprel ayının 30-dan gec olmamaq şərti ilə Maliyyə Nazirliyinə və Hesablama Palatasına təqdim olunub, eyni zamanda,  Aztv.az saytında dərc edilib. 

 

QSC-nin 2020-ci ilin müvafiq maliyyə hesabatlarına gəldikdə isə vurğulanıb ki, məlumatların gecikdirilməsi şirkətdə 26.04.2021-ci il tarixindən etibarən dövlət yoxlamasının aparılması ilə əlaqədardır.

 “Azərbaycan Respublikası Hesablama Palatasının kənar dövlət maliyyə nəzarət tədbirinin keçirilməsi barədə yoxlaması başa çatdıqdan sonra məlumatlar Aztv.az saytında dərc ediləcək”, - deyə məlumatda qeyd edilib.

 

Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi açıqlamasında onu da təəssüflə bildirir ki, bəzi mətbuat orqanları məqalə hazırlayarkən medianın peşəkarlıq prinsiplərinə uyğun davranmır, “araşdırmalarına” əsassız, mənbəyi məlum olmayan, dəqiqləşdirilməmiş və həqiqəti əks etdirməyən məlumatlar yerləşdirirlər: “Bununla da bir daha qərəzlilik nümayiş etdirirlər. “Araşdırmalar”da köhnə məlumatların yeni adı ilə təqdim edilməsinin başqa adı yoxdur. Eyni zamanda, məlumat yayarkən KİV haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qarşı tərəfin mövqeyi də dərc edilməlidir. Qarşı tərəfin mövqeyi işıqlandırılmırsa, bunun reketçilikdən başqa adı yoxdur”.

Müəllif: Ayna.az      17 May 2021 11:16
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin