Əsas səhifə Haqqımızda Xəbər lenti

Dördüncü dalğa təhlükəsi: Mutantlar hind sərhədlərini aşarsa...

Dördüncü dalğa təhlükəsi: Mutantlar hind sərhədlərini aşarsa...

“Pandemiyanın gedişində çox həlledici dövr başlaya və peyvəndlər də işə yaramaya bilər”

 

COVID-19 pandemiyası meydana çıxandan indiyədək bu viriun bir neçə ştammı yayılıb – hər biri də digərindən daha aqressiv. Hazırda ən təhlükəli hesab olunan, sürətli yayılan, xeyli sayda ölümlərə səbəb olanı “Hindistan ştammı” hesab olunur.

 

Tibb elmləri doktoru, professor Adil Qeybullanın AYNA-ya dediyinə görə, mutasiya prosesi davam etdikcə, yeni mutant virusları peyda olur: “Hindistanda baş verən proseslərə gəldikdə, “Hindistan ştammı” adlanan mutasiya növünün  meydana gəlməsi artıq pandemiyanın həm gedişini dəyişir, həm də proqnozlara ciddi təsir edir. İndiyə qədər verilən proqnozlar demək olar ki, özünü doğrultmur. Fakt ondan ibarətdir ki,  Hindistan Genomika və İnteqrativ Biologiya İnstitutunun əməkdaşları ilk dəfə Qərbi Benqaliya ştatında bu cür mutsiyanı müəyyən etdilər. Və gördülər ki, əvvəlki BM1167 mutagen kod B1168-ə keçib. Hazırkı murasiya prosesi virusa yeni xassə verir və nəticədə virus immun sisteminin cavabından yayına bilir. Bütün təhlükəli məqam bundan ibarətdir”.

Картинки по запросу

“Bəzi alimlər bunun yeni pandemiyaya başlanğıc verəcəyini düşünürlər. Bəziləri isə bunun dördüncü dalğanı yaradacağını deyirlər. İkinci versiya daha uyğun gəlir. Görünən budur ki, yeni virus vaksinin hədəfində deyil, immun sistemindən də yayına bilir. Və ona görə təhlükə də məhz bundadır. Hazırda Hindistanda gündə təxminən 3 min civarında ölüm faktı qeydə alınır. Küçələrdə kütləvi meyitlərin yandırılması həyata keçirilir. Bu da epidemioloji vəziyyətə ciddi təsir edir”, - deyə həkim bildirib.

 

Həmsöhbətimizin fikrincə, belə bir vəziyyətdə humanitar fəlakət yarana bilər: “İnsanlar özlərini qorumağa çalışırlar və bu da ərzaq qıtlığının yaranmasına səbəb olur. İmmun sistemi zəif olan insanlar içərisində ölüm halları çoxluq təşkil edir. Vəziyyət bu dərəcədə acınacaqlıdır. Digər tərəfdən, ABŞ-da da Stenford Universitetinin tədqiqatçıları tərəfindən “Hindistan ştammı” artıq müəyyən edilib, bu növ virus bir neçə başqa ölkə də qeydə alınıb. Əgər bu proses Hindistanda lokallaşdırıla bilməsə, bütün dünyaya yayılsa, pandemiyanın gedişində çox həlledici bir dövr başlaya bilər. Vaksinlər həmin müddətdə işə yaramaya bilər”.

 

A.Qeybulla bu səbəbdən hesab edir ki, hər kəs karantin qaydalarına maksimum dərəcədə ciddi əməl etməlidir: “Ölkəmizdə karantin qaydalarında çox paradoksal hallar var ki, onlara əl gəzdirilməlidir. Əgər bu ştamm bütün dünyaya yayılsa, dördüncü dalğa olaraq yoluxma halları kütləvi şəkildə baş versə, bu, ölüm hallarını ciddi şəkild artıracaq. Biz hələ bilmirik ki, koronavirus keçirmiş insanların orqanizmində hansı hallar baş verəcək, immun sistemi bu şəkildə təlatümlərə uğradığı bir orqanizmdə hansı proseslər baş qaldıra biləcək. Bütün bunların hamısı xeyli suallar ortaya çıxaran məsələlərdir. Real olaraq həm yoluxuculuq, həm letallıq göstəriciləri yüksək olan bir ştammın ortada olması bütün dünyanı narahat edir. Burda gözlənilən məntiqi proqnozlar heç də ürəkaçan deyil”.

No description available.

Həkim Vasif İsmayıl da AYNA-ya açıqlamasında deyib ki, “Hindistan ştammı” hələ tam öyrənilməyib: “Yalnız Hindistan həkimlərinin açıqlamalarını bilirik. Söylənilənlərə görə, “Hindistan ştammı” daha yolxucu və öldürücüdür. Amma bunlar tam araşdırılmamış məmulatlardır. Bu məlumatları bir neçə yöndən yoxlamaq lazımdır”.

 

Müsahibimiz Hindistan həkimlərinin səsləndirdikləri fikirlərə şərh verməyi isə lazımlı hesab etmir: “Sözügedən ştammla bağlı daha ətraflı məlumat olmalıdır. Hazırda nə qədər yayılmasını, mövcud peyvəndlərin nə qədər təsirsiz olduğunu söyləmək bir qədər tezdir. Bununla bağlı daha dərin məlumatları gözləməliyik”.

Müəllif: Ülviyyə Şahin      18 May 2021 13:20
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin