Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda çempionluq oyununun vaxtı məlum olub

Azərbaycanda çempionluq oyununun vaxtı məlum olub

"Neftçi" və "Qarabağ" komandaları arasındakı çempionluq qarşılaşması 20:30-da başlanacaq

 

Futbol üzrə Azərbaycan Premyer Liqasında son turun oyun cədvəli müəyyənləşib. AYNA-nın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, görüşlərin hamısı mayın 19-da keçiriləcək. "Neftçi" və "Qarabağ" komandaları arasındakı çempionluq qarşılaşması Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da olacaq və saat 20:30-da başlanacaq.

 

Qalan 3 görüş isə daha erkən - saat 18:00-da start götürəcək.

 

Turun iki görüşü “CBC Sport” telekanalı vasitəsilə, digər iki qarşılaşma isə PFL-in saytında canlı yayımlanacaq.

 

Azərbaycan Premyer Liqası, XXVIII tur

19 may (çərşənbə)

18:00. “Səbail” – “Sumqayıt”
“ASCO Arena” (canlı/Pfl.az)

 

18:00. “Sabah” – “Zirə”
“Bank Respublika Arena” (canlı/”CBC/Sport”)

 

18:00. “Keşlə” – “Qəbələ”
“ASK Arena” (canlı/Pfl.az)

 

20:30. “Neftçi” – “Qarabağ”
“Dalğa Arena” (canlı/”CBC/Sport”).

Müəllif: Ayna.az      15 May 2021 01:37
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin