Əsas səhifə Haqqımızda Xəbər lenti

Əməkdar artist xəstəxanaya yerləşdirilib

Əməkdar artist xəstəxanaya yerləşdirilib

Zöhrə Abdullayevanın səhhətində problem yaranıb

 

Azərbaycanın Əməkdar artisti Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirilib. AYNA xəbər verir ki, bu barədə teleaparıcı Hacı Nuran Hüseynov “Facebook” hesabında yazıb.

 

“Səsi ilə tamaşaçılarının könlündə taxt qurmuş daha bir sənətkarımızı - Zöhrə Abdulla qızı Abdullayevanı səhhəti ilə əlaqədar yenə xəstəxanaya yerləşdirdik”, - o bildirib.

 

Xatırladaq ki, Z.Abdullayevanın oğlu İsrafil Abdullayev 2018-ci il may ayının 24-də 47 yaşında vəfat edib. Bu hadisədən sonra Əməkdar artist özünə qapanıb və səhhətində problemlər yaranıb.

Müəllif: Ayna.az      10 May 2021 01:46
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin