Əsas səhifə Haqqımızda Xəbər lenti

Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb

Ölkəmizdə COVID-19 əlehinə vaksinasiya prosesi davam edir

 

Azərbaycanda bu gün 34 856 nəfər vaksinasiya olunub. AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 568, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 288 nəfər təşkil edib.

 

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 661 772, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 001 968, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 659 804 nəfər təşkil edir.

Müəllif: Ayna.az      8 May 2021 17:49
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin