Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakıda nişan mərasimi keçirən 57 nəfər cərimələnib - VİDEO

Bakıda nişan mərasimi keçirən 57 nəfər cərimələnib -         VİDEO

Karantin qaydalarını pozan mərasim iştirakçıları və obyektin icarədarı cərimə olunublar

 

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Qaraçuxur qəsəbəsində yerləşən "Qədir Xum" restoranında nişan mərasimi keçirilməsinin qarşısı alınıb.

 

Daxili İşlər Nazirliyindən AYNA-ya verilən məlumata görə, nəzarət-profilaktik tədbir zamanı orada karantin qaydalarını pozan ümumilikdə 57 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib. Karantin qaydalarını pozan mərasim iştirakçıları və obyektin icarədarı cərimə olunublar.

 

Polis əməkdaşları həmin şəxslərlə profilaktik söhbət apararaq karantin qaydaları barədə onları bir daha məlumatlandırıblar.

 
Müəllif: Ayna.az      8 May 2021 16:54
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin