Əsas səhifə Haqqımızda Xəbər lenti

Daha iki koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb

Daha iki koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb

Vəziyyəti nisbətən ağır olan şəxs xəstəxanaya yerləşdirilib

 

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən mayın 7-də respublika ərazisində 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən AYNA-ya verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, onlardan biri tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Vəziyyəti nisbətən ağır olan digər şəxs isə xəstəxanaya yerləşdirilib.

 

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 1 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Müəllif: Ayna.az      8 May 2021 11:58
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin