Əsas səhifə Haqqımızda Xəbər lenti

Neymar daha dörd il “PSJ”də qalacaq

Neymar daha dörd il “PSJ”də qalacaq

Neymar bu mövsüm oynadığı 27 matçda 15 qol vurub

 

Braziliyalı hücumçu Neymar Fransanın “Pari Sen-Jermen” (PSJ) futbol klubu ilə mövcud razılaşmanın müddətini daha dörd il uzadacaq. AYNA xəbər verir ki, bu barədə “L'Equipe” qəzeti məlumat yayıb.

 

Mənbənin məlumatına görə, braziliyalı futbolçu bu gün (8 may – Red) “PSJ” ilə 30 iyun 2026-cı il tarixinədək yeni müqavilə imzalayacaq. 29 yaşlı Neymar bu mövsüm oynadığı 27 matçda 15 qol vurub.

 

Qeyd edək ki, Neymar “PSJ”yə 2017-ci ildə “Barselona”dan keçib. Transferin məbləği rekord - 222 milyon avro təşkil edib. Onun klubla müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

Müəllif: Ayna.az      8 May 2021 05:38
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin