Əsas səhifə Haqqımızda Xəbər lenti

Koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb

İkinci mərhələ üzrə vaksinasiya olunanların sayı 28 885 nəfərdir

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 033 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4148, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 28 885 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 626 916, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 996 400, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 630 516 təşkil edir.

#

Müəllif: Ayna.az      7 May 2021 16:57
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin