Əsas səhifə Haqqımızda Xəbər lenti

Əli Həsənovun oğlunun şirkəti məhkəməyə verilib

Əli Həsənovun oğlunun şirkəti məhkəməyə verilib

İş hakim Leyla Əliyevanın icraatına həvalə edilib

 

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Kaspi Global” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib. AYNA “Report”a istinadən xəbər verir ki, ASC əmr icraatı üzrə müqavilə tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

 

İş hakim Leyla Əliyevanın icraatına verilib.

 

Qeyd edək ki, “Kaspi Global” MMC 2011-ci ildə yaradılıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1, nizamnamə kapitalı 20 manat, qnauni təmsilçisi isə Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun oğlu Şamxal Həsənlidir.

 

Xatırladaq ki, “Azərkosmos” ASC Prezident İlham Əliyevin bu il aprelin 27-də imzaladığı Fərmanla Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində Kosmik Agentliyinə çevrilib.

Müəllif: Ayna.az      7 May 2021 17:13
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin