Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda kişi həmkəndlisini öldürməyə cəhd göstərib

Azərbaycanda kişi həmkəndlisini öldürməyə cəhd göstərib

Ağsu Rayon Prokurorluğun məlumat yayıb

 

20 yanvar 2021-ci il tarixdə Ağsu rayon sakini Hacıyev Mürvət Zabit oğlunun qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə Rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

 

Ağsu Rayon Prokurorluğundan AYNA-ya verilən məlumata görə, istintaqla müəyyən edilib ki, zərərçəkmişin həmkəndlisi 1968-ci il təvəllüdlü Qaya Hacıyev şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı ov tüfəngindən atəş açaraq Mürvət Hacıyevi qəsdən öldürməyə cəhd edib.

 

Qaya Hacıyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Müəllif: Ayna.az      7 May 2021 17:43
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin