Əsas səhifə Haqqımızda Xəbər lenti

AVRO-2020 kuboku Bakıda - FOTOLAR

AVRO-2020 kuboku Bakıda -       FOTOLAR

Kubok turu bu gün də davam edəcək və bir neçə saat ərzində Bakının mərkəzi küçələrində yerli sakinlərə təqdim olunacaq

 

İyunun 11-də Romada start götürəcək futbol üzrə Avropa Çempionatının əsas mükafatı olan “Anri Delone” kuboku Avropa səyahətinə çıxıb. Dünən xəbər verdiyimiz kimi, kubok artıq Bakıdadır.

 

AYNA xəbər verir ki, kubok artıq Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Atəşgah Məbədi, Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionunda olub.

 

Kubok turu bu gün də davam edəcək və bir neçə saat ərzində Bakının mərkəzi küçələrində yerli sakinlərə təqdim olunacaq. Turun əsas məqsədi ictimaiyyəti kubokla tanış etmək və AVRO həyəcanını Bakı küçələrinə yaymaqdır. Kuboku turnirin rəsmi maskotu Skillzy və digər personajlar müşayiət edəcək.

 

Kubok Turu Bakıdan sonra Danimarkanın paytaxtı Kopenhagendə davam edəcək.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      7 May 2021 12:52
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin