Əsas səhifə Haqqımızda Xəbər lenti

Dünya birjalarında neftin qiyməti bahalaşıb

Dünya birjalarında neftin qiyməti bahalaşıb

Azərbaycan neftinin bir bareli 68,39 dollara satılır

 

Dünya birjalarında neftin qiyməti bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,31 dollar artaraq 68,40 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,28 dollar bahalaşaraq 64,99 dollar olub.

 

Azərbaycan neftinin qiyməti isə ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,2 dollar ucuzlaşaraq 68,39 dollar təşkil edib.

 

Qeyd edək ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az      7 May 2021 12:04
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin