Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda COVID-19-a sutkalıq yoluxma sayı açıqlanıb

Azərbaycanda COVID-19-a sutkalıq yoluxma sayı açıqlanıb

Daha 844 yeni yoluxma faktı qeydə alınıb, 2057 nəfər müalicə olunaraq sağalıb

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 844 yeni yoluxma faktı qeydə alınıb, 2057 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 324 685 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 301 006 nəfər müalicə olunaraq sağalıb, 4 635 nəfər vəfat edib, aktiv xəstə sayı 19044 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 717, ötən müddət ərzində isə ümumilikdə 3 300 581 test aparılıb.

#

Müəllif: Ayna.az      6 May 2021 16:33
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin