Əsas səhifə Haqqımızda Xəbər lenti

Xarici diplomların tanınması üçün müraciət asanlaşır

Xarici diplomların tanınması üçün müraciət asanlaşır

Sistemdə müxtəlif innovativ həllər, əlavələr və dəyişikliklər edilir

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınması ilə bağlı elektron ərizə sistemini vətəndaşların istifadə rahatlığı üçün daim təkmilləşdirir. Ərizəçilər tərəfindən daxil olan rəylər əsasında sistemdə müxtəlif innovativ həllər, əlavələr və dəyişikliklər edilir.

 

Təhsil Nazirliyindən AYNA-ya bildirilib ki, Agentlik bu silsilə addımlar çərçivəsində vətəndaşların tanınma üzrə daha da rahat müraciət edə bilməsi üçün www.taninma.az keçidini istifadəyə verib.

 

Keçid vasitəsilə vətəndaşlar birbaşa Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi internet səhifəsinin tanınma bölməsinə daxil ola, proseslə bağlı ətraflı məlumatları əldə edə, müraciət edə və şəhadətnamələrini yoxlaya bilərlər.

Müəllif: Ayna.az      6 May 2021 16:47
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin