Əsas səhifə Haqqımızda Xəbər lenti

Karantin qaydalarını pozan sürücülər və sərnişinlər cərimələnib

Karantin qaydalarını pozan sürücülər və sərnişinlər cərimələnib

DYP əməkdaşları piyadalar  və sürücülərlə profilaktiki söhbət aparıblar

 

Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə tədbir keçirilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan AYNA-ya verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində bir neçə avtomobilin ixrac qazlarının tərkibində olan zərərli maddələrin normadan artıq olduğu üçün atmosferi çirkləndirməsi aşkar edilib. Həmin sürücülər inzibati məsuliyyətə cəlb edilib.

 

Vətəndaşların bir daha diqqətinə çatdırılıb ki, istifadələrində olan nəqliyyat vasitələrinin yanacaq sistemi tənzimləməklə saz vəziyyətə gətirilməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edilməlidir.

 

DYP əməkdaşları piyadalar ilə də profilaktiki söhbət apararaq, səkilərdən və piyada keçidlərindən istifadənin həm piyadaların həm də digər şəxslərin təhlükəsizliyi üçün vacib olduğu bildirilib.

 

Şəhərdaxili sərnişin daşıma ilə məşğul olan avtobuslarda aparılan yoxlamalar zamanı isə karantin qaydalarının təmin edilməsi, tibbi maskadan istifadə edilməsi barədə vətəndaşlarla profilaktiki söhbətlər aparılıb, edilən xəbərdarlıqlara baxmayaraq karantin qaydalarını pozan sürücü və sərnişinlər barədə qanunamüvafiq tədbirlər görülüb.

Müəllif: Ayna.az      6 May 2021 15:56
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin