Əsas səhifə Haqqımızda Xəbər lenti

Mehman Hüseynovu təhqir edən şəxs polisə çağırılıb

Mehman Hüseynovu təhqir edən şəxs polisə çağırılıb

Elşad Hacıyev: “Kobud ifadələrə görə peşman olduğunu bildirməklə, üzrxahlıq edib”

 

Bloqer Mehman Hüseynovun yayımladığı videoda özünü polis kimi təqdim edərək insanlara hədə-qorxu gəldiyi bildirilən şəxslə bağlı araşdırmalar aparılıb. AYNA-nın xəbərinə görə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Report”a bildirib ki, aparılan araşdırmalar nəticəsində həmin şəxsin paytaxt sakini, 42 yaşlı Elxan Tağıyev olduğu müəyyən edilib.

 

“O, Nərimanov Rayon Polis İdarəsinə dəvət olunub və onunla profilaktiki söhbət aparılaraq sərbəst buraxılıb. Həmin şəxs polis əməkdaşı deyil, ümumiyyətlə, əvvəllər də polis orqanlarında xidmət etməyib. Elxan Tağıyev mübahisə zamanı işlətdiyi kobud ifadələrə görə peşman olduğunu bildirməklə, üzrxahlıq edib”, - deyə DİN rəsmisi vurğulayıb.

Müəllif: Ayna.az      6 May 2021 14:21
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin