Əsas səhifə Haqqımızda Xəbər lenti

Gürcüstan quru sərhədləri açmağı planlaşdırır

Gürcüstan quru sərhədləri açmağı planlaşdırır

Quru sərhədində də hava yolu ilə ölkəyə giriş qaydaları tətbiq olunacaq

 

“Gürcüstan hökuməti ölkənin quru sərhədlərinin açılması üzrə iş aparır”.

 

AYNA xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava deyib. Onun sözlərinə görə, quru sərhədində də hava yolu ilə ölkəyə giriş qaydaları tətbiq olunacaq. Belə ki, Gürcüstana hava yolu ilə gələn əcnəbilər son 72 saat ərzində həyata keçirilmiş PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış təqdim etməlidirlər. Səyahət edənlərin Gürcüstanda uzun müddət qalmaları halında isə, həmin şəxslər öz hesablarına 3 gün ərzində təkrar test verirlər.

 

Qeyd edək ki, Azərbaycanla Gürcüstan arasında quru sərhədləri üzərindən sərbəst hərəkət pandemiya səbəbindən ötən il martın 14-dən dayandırılıb.

Müəllif: Ayna.az      6 May 2021 02:26
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin