Əsas səhifə Haqqımızda Xəbər lenti

DYP-dən küləkli hava şəraiti ilə əlaqədar sürücülərə XƏBƏRDARLIQ

DYP-dən küləkli hava şəraiti ilə əlaqədar sürücülərə       XƏBƏRDARLIQ

Yol Polisi: "Küləyin sürətinin normadan artıq olması sürücülər və hərəkətin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaradır"

 

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi küləkli hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.

 

DYP-dən AYNA-ya daxil olan xəbərdarlıqda deyilir:

 

“Paytaxt ərazisində küləyin sürətinin normadan artıq olması sürücülər və hərəkətin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaradır. Küləkli hava şəraiti ilə əlaqədar sürücülərdən və piyadalardan son dərəcə ehtiyatlı olmasını, təhlükəsizlik qaydalarına daha da ciddi əməl edilməsini, belə ki, avtomobilləri çoxmərtəbəli binaların, ağacların altında saxlamamağı tövsiyə edirik.

 

Piyadalardan isə açıq hava şəraitində hərəkətlərini mümkün qədər məhdudlaşdırmağı xahiş edirik”.

Müəllif: Ayna.az      5 May 2021 20:32
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin