Əsas səhifə Haqqımızda Xəbər lenti

Qaribaşvili Əliyevi Gürcüstana dəvət etdi

Qaribaşvili Əliyevi Gürcüstana dəvət etdi

“Daha çox layihələrin birgə icrasını davam etdirməkdə tamamilə qətiyyətli və həvəsliyik”

 

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.  AYNA xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan İrakli Qaribaşvili Prezident İlham Əliyev tərəfindən qəbul edilən zaman danışıb.

 

Qaribaşvili vurğulayıb ki, münasibətlərimizi və qardaşlığımızı gücləndirəcək daha çox layihələrin birgə icrasını davam etdirməkdə tamamilə qətiyyətli və həvəslidirlər: “Bir daha mənim başçılıq etdiyim nümayəndə heyətini burada, Bakıda qəbul etdiyiniz üçün Sizə minnətdarlığımı bildirmək istəyirəm. Mən fürsətdən istifadə edərək Sizin üçün münasib vaxtda bizi Tbilisidə ziyarət etmək üçün Sizi səfərə dəvət etmək istərdim”.

Müəllif: Ayna.az      5 May 2021 15:26
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin