Əsas səhifə Haqqımızda Xəbər lenti

Gürcüstanın baş naziri Azərbaycana səfər edəcək

Gürcüstanın baş naziri Azərbaycana səfər edəcək

Səfər çərçivəsində Qaribaşvili İlham Əliyevlə görüşəcək

 

Sabah Gürcüstan Baş naziri İrakli Qaribaşvili Azərbaycana ilk rəsmi səfərini edəcək.

 

AYNA xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin administrasiyası məlumat yayıb.

 

Bildirilib ki, səfər çərçivəsində İ.Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. İ.Qaribaşvilinin azərbaycanlı həmkarı Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşü də planlaşdırılıb.

 

Gürcüstanın hökumət başçısını səfərdə Baş nazirin müavini və Xarici İşlər naziri David Zalkaliani müşayiət edəcək.

Müəllif: Ayna.az      4 May 2021 22:26
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin