Əsas səhifə Haqqımızda Xəbər lenti

İctimai yerdə koronavirus xəstəsi saxlanılıb

İctimai yerdə koronavirus xəstəsi saxlanılıb

Həmin şəxs polis əməkdaşları tərəfindən tibbi prosedurlar da gözlənilməklə evinə qaytarılıb

 

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları aktiv koronavirus xəstəsini ictimai yerdə aşkarlayaraq saxlayıblar.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan rayon sakini Bayram Əlləzov ev şəraitində müalicəyə cəlb olunmasına baxmayaraq, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib.

 

Həmin şəxs polis əməkdaşları tərəfindən şəhər ərazisində saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə evinə qaytarılıb. B.Əlləzov barəsində araşdırma aparılır.

 

Müəllif: Ayna.az      4 May 2021 13:42
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin