Əsas səhifə Haqqımızda Xəbər lenti

“Vətəndaşın məscid tikməsinə mane olurlar”

“Vətəndaşın məscid tikməsinə mane olurlar”

Sabir Rüstəmxanlı: “Elə kəndlər var ki, illərdir oranın məscidi yoxdu”

 

“Bəzi kəndlərdə illərdir məscid tikməyə icazə verilmir. İnsanlar məscidin tikilməsi üçün öz ciblərindən pul ayırmaq istəyirlər ki, dövlətə yük olmasın. Amma buna imkan verilmir. Elə kəndlər var ki, illərdir oranın məscidi yoxdu”.

 

AYNA xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı deyib.

 

Deputat qeyd edib ki, məscidlərin tikilməsinə mane olmaq lazım deyil: “Amma sonradan ora din xadimlərinin seçilməsinə xüsusi diqqətlə yanaşılmalıdır”.

 

Müəllif: Ayna.az      4 May 2021 12:39
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin