Əsas səhifə Haqqımızda Xəbər lenti

“Mançester Siti”, yoxsa PSJ?

“Mançester Siti”, yoxsa PSJ?

Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək

 

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək. AYNA bildirir ki, turnirin ilk finalçısı İngiltərədə bəlli olacaq. “Mançester Siti” Fransada 2:1 hesabı ilə məğlub etdiyi PSJ ilə münasibətlərinə aydınlıq gətirəcək.

 

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. “Şəhərlilər”i mərhələ adlamaq üçün qələbədən savayı, istənilən heç-heçə, hətta 0:1 hesablı məğlubiyyət də qane edəcək.

 

Mərhələnin digər oyunu sabah “Çelsi” ilə “Real Madrid” klubları arasında oynanılacaq. Bu komandaların Madriddə keçirilən görüşü heç-heçə başa çatıb – 1:1.

Müəllif: Ayna.az      4 May 2021 11:06
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin