Əsas səhifə Haqqımızda Xəbər lenti

Moskvada mehmanxanada yanğın: ölənlər var

Moskvada mehmanxanada yanğın:       ölənlər var

Hadisə zamanı binada 305 nəfər olub

 

Rusiyanın paytaxtı Moskvanın cənub-şərqində mehmanxanada yanğın olub.

 

Bu barədə AYNA “RİA Novosti”yə istinadən xəbər verir.

 

Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsinin məlumatına görə, hadisə Kojuxovsk küçəsindəki beşmərtəbəli binada qeydə alınıb. Yanğın zamanı üç nəfər həlak olub. Qeyd edilir ki, hadisə zamanı binada 305 nəfər olub.

 

Yanğın binanın birinci mərtəbəsində və dəhlizdə baş verib. Alov yerli vaxtla saat 4:18-də lokallaşdırılıb. Hadisə zamanı xilas edilənlərin sayı dəqiqləşdirilir.

Müəllif: Ayna.az      4 May 2021 07:16
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin