Əsas səhifə Haqqımızda Xəbər lenti

Ronaldu xəstə uşağa görə komandanın avtobusunu dayandırıb - VİDEO

Ronaldu xəstə uşağa görə komandanın avtobusunu dayandırıb  - VİDEO

Portuqaliya millisi və "Yuventus"un forvardı Kriştianu Ronaldu kiçik azarkeşlə şəkil çəkdirmək üçün yığma komandanın avtobusunu dayandırıb.

"Report" "A Bola" nəşrinə istinadən xəbər verir ki, hadisə Portuqaliya yığması Millətlər Liqasının finalında Hollandiya millisi ilə qarşılaşmaq üçün keçdiyi növbəti məşqdən qayıdan zaman baş verib.

Bildirilir ki, leykemiya xəstəsi olan 11 yaşlı uşaq əlində "Kriştianu Ronaldu, qucaqla məni" yazılarının olduğu plakatla yol kənarında dayanıb. Həmin uşağı görən Ronaldu avtobusu dayandırıb və onun xahişini yerinə yetirib.

 

9 İyun 2019 18:00
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin