Əsas səhifə Haqqımızda Xəbər lenti

Lerikdə qadını qətlə yetirilən molla saxlanılıb - RƏSMİ

Lerikdə qadını qətlə yetirilən molla saxlanılıb -     RƏSMİ

İş üzrə zəruri istintaq tədbirləri davam etdirilir

 

Aprelin 28-də saat 16.00 radələrində Lerik rayonunun Barzavu kənd sakini 1981-ci il təvəllüdlü Fərziyeva Zəkifə Feyruz qızının qətli ilə bağlı aparılan istintaq zamanı cinayətin mərhumun həmkəndlisi 1972-ci il təvəllüdlü Əskərov Murad Gülbaba oğlu tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

 

AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatında qeyd olunub.

 

Bildirilib ki, Murad Əskərov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmiş, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf etmiş, hadisə yerində ifadəsinin yerində yoxlanması istintaq hərəkəti zamanı cinayətin törədilmə mexanizmini əyani olaraq göstərilib.  Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az      3 May 2021 11:14
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin