Əsas səhifə Haqqımızda Xəbər lenti

Yağış Göygöldə dəmiryol xəttinə ziyan vurub

Yağış Göygöldə dəmiryol xəttinə ziyan vurub

Ötən gecə Göygöl rayonuna yağan yağış fəsadlar törədib.

 

AYNA-nın APA-ya istinadən məlumatına görə, güclü yağışın yağması nəticəsində Qızılca dəmiryolu stansiyasına ziyan dəyib.

 

Nəticədə dəmiryolunun reysləri sıradan çıxıb. Hazırda əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub. Həmçinin güclü yağış yağması zamanı rayonun Danayeri və Qızılca kəndlərində avtomobil yoluna iri qaya parçaları tökülüb. Burda da avtomobil yolu qaya parçalarından təmizlənib.

Müəllif: Ayna.az      2 May 2021 21:52
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin