"İnsan nə qədər darıxmalıdır ki, yerli televiziyalara baxsın?!"

"İnsan nə qədər darıxmalıdır ki, yerli televiziyalara baxsın?!"

Hiss eləyirəm ki, artıq yoldaşım bezib. Yoox, onu əsəbləşdirib qışqırtmamış əl çəkən deyiləm!

 

Neynim? Belə söhbəti kişilərin heç biri dilinə gətirmək istəmir, məcburam hamısını mən danışım. Vay o günə ki, həyat yoldaşınla şəhərə gəzməyə çıxasan, yaxud harasa qonaq gedəsi olasan. Sən, dərhal dızırıt-vızırıt üzünü qırxıb hazır olacaqsan. Sonra gözləyəcəksən ki, xanımın da hazırlaşsın. Biraz evdə oturub gözləyəcəksən. Yoldaşın hazırlaşmağa başlayacaq. Gözləyəcəksən. “Sən hazırlaşırsan?” Onu tələsdirmək mənasında soruşacaqsan. Cavab gəlməyəcək. Gözləməkdən bezməmək üçün söndürdüyün notbuku təzədən açacaqsan. Feyzbuka girib yalannan eşələnəcəksən.


Bir saat da belə keçəcək. Gözləməkdən usanacaqsan. Arxaya qanrılıb havaya yenə bir sual tullayacaqsan: “Sən hazırsan?” Cavab gəlməyəcək. Demək, iş hələ heç yarı olmayıb. Notbuku söndürüb televizoru açacaqsan. Reklamlar! Düşünəcəksən, gör, insan nə qədər darıxmalıdı ki, yerli televiziyalara baxsın! Tezcə bezib televizoru da söndürəcəksən.

Müəllif: Ayna.az      7 Sentyabr 2019 16:50
Maraqlı bölməsinə aid digər xəbərlər
27 Sentyabr
17:57
Azərbaycanda hərbi vəziyyət qərarı verildi
27 Sentyabr
17:45
“Bir neçə ay davam edəcək müharibəyə hazırlaşmalıyıq” – KUZNETSOV
27 Sentyabr
16:16
Ordumuz daha bir kəndi işğaldan azad edib - RƏSMİ
27 Sentyabr
14:53
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB
27 Sentyabr
14:07
Altı kəndimiz işğaldan azad edilib – RƏSMİ
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin