Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakıda 14 yaşlı yeniyetmənin başına daş piltəsi düşüb

Bakıda 14 yaşlı yeniyetmənin başına daş piltəsi düşüb

Ağır kəllə-beyin travması alan Şabanov komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilib

 

Bakıda 14 yaşlı yeniyetmənin başına daş piltəsi düşüb. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsində qeydə alınıb.

 

Axşam saatlarında beşmərtəbəli yaşayış binasından daş piltəsi qoparaq həmin binada yaşan 2007-ci il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə düşüb.

 

Ağır kəllə-beyin travması alan Ə. Şabanov komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Respublika Neyrocərrahiyyə Xəstəxanasından verilən məlumata görə, yeniyetmənin vəziyyəti son dərəcə ağırdır.

 

Müəllif: Ayna.az      2 May 2021 17:54
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin