Əsas səhifə Haqqımızda Xəbər lenti

Evdən çıxan 5 koronavirus xəstəsi saxlanılıb

Evdən çıxan 5 koronavirus xəstəsi saxlanılıb

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb

 

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 30-da respublika ərazisində 5 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

 

Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

 

"Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik", - Mətbuat xidmətindən bildirilib.

Müəllif: Ayna.az      1 May 2021 15:16
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin