Əsas səhifə Haqqımızda Xəbər lenti

Yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb

Yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb

Qaydalar pozanlar barədə müvafiq tədbirlər görülüb 

 

Aprelin 30-da Samux Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Yenikənd və Burunqovaq kəndlərində yas mərasimlərinin keçirilməsi barədə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan AYNA-y verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvanlara gələrək yas mərasimini dayandırıb.

 

Mərasimi təşkil edən şəxslər RPŞ-yə gətirilib.

 

RPŞ-dən həmin şəxslərlə izahedici-profilaktik söhbətlər aparılaraq, pandemiya qaydaları barədə bir daha məlumat verilib. Məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Müəllif: Ayna.az      1 May 2021 12:19
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin