Əsas səhifə Haqqımızda Xəbər lenti

Şamaxıda yas mərasimləri təşkil edənlər cərimələnib

Şamaxıda yas mərasimləri təşkil edənlər cərimələnib

Qaydaları pozanlar barədə müvafiq tədbirlər görülüb 

 

Şamaxı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar nəzarət-profilaktik tədbirlər davam etdirilir.

 

Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, keçirilən tədbirlər nəticəsində şəhər ərazisində iki fərqli ünvanda yas mərasimlərinin təşkil edildiyi müəyyən olunub. Müşviq Səfərov və Samir Məmmədzadəyə məxsus fərdi yaşayış evlərində keçirilən yas mərasimləri RPŞ-nin əməkdaşları tərəfindən dayandırılıb.

 

Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və barələrində qanunvericiliyə uyğun tədbir görülüb.

Müəllif: Ayna.az      1 May 2021 11:20
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin