Əsas səhifə Haqqımızda Xəbər lenti

“Avroviziya 2021” məhdudiyyətlərlə keçiriləcək

“Avroviziya 2021” məhdudiyyətlərlə keçiriləcək

Rotterdamdakı “Axoy” zalına 3,5 mindən çox insan buraxılmayacaq

 

Bu il Hollandiyada keçiriləcək “Avroviziya 2021” mahnı müsabiqəsi zamanı məhdudiyyətlər tətbiq olunacaq. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytında məlumat yerləşdirilib.

 

Qeyd olunub ki, Rotterdamdakı “Axoy” zalına 3,5 mindən çox insan buraxılmayacaq ki, bu da zalın tutumunun 20 faizini təşkil edir.

 

Müsabiqəyə yalnız 2020-ci ildə alınmış biletlər keçərli olacaq. Biletlərin geniş kütlə üçün satışı nəzərdə tutulmayıb.

 

Bileti olan şəxslər yalnız final, 2 yarımfinal və 6 məşqə buraxılacaqlar. İzləyicilər tədbirin başlanmasına 24 saat qalmış koronavirus testinin neqativ cavabını təqdim etməli olacaqlar. Müsabiqəni izləmək üçün tibbi maskaların taxılması mütləq olacaq.

Müəllif: Ayna.az      30 Aprel 2021 16:21
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin