Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşır

Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşır

Dünya birjalarında neftin qiyməti dəyişib

 

Dünya birjalarında neftin qiyməti ucuzlaşır. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,22 dollar geriləyərək 68,34 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,30 dollar ucuzlaşaraq 64,71 dollar olub.

 

Azərbaycan neftinin qiyməti isə bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,64 dollar artaraq 67,71 dollar təşkil edib.

 

Qeyd edək ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az      30 Aprel 2021 12:56
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin