Əsas səhifə Haqqımızda Xəbər lenti

“COVID-19-un yeni ştammları hər zaman meydana çıxa bilər"

“COVID-19-un yeni ştammları hər zaman meydana çıxa bilər"

Hande Harmancı: “Həm peyvəndləmə aparılmalı, həm də digər tibbi qaydalar ciddi şəkildə gözlənilməlidir”

 

“İndiyədək yeni növ koronavirus (COVID-19) infeksiyasına dünyada 150 milyon yoluxma qeydə alınıb, 3 milyondan çox insan bu dəhşətli təhlükənin qurbanı olub”. AYNA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Azərtac-a müsahibəsində deyib.

 

Harmancı COVID-19-a yoluxma ilə əlaqədar son statistikanı xatırladaraq qeyd edib ki, hazırda dünyanın bir çox ölkəsində yoluxanların və infeksiya nəticəsində həyatını itirənlərin sayı artmaqda davam edir: “Hərçənd ki, bir sıra ölkədə peyvəndin tətbiq olunmasından sonra yoluxma saylarında azalma və sabitləşmə yaranıb. Əlbəttə ki, bunlar xoş xəbərlərdir”.

 

“Azərbaycanda da infeksiyaya qarşı mübarizə ilə əlaqədar olaraq əhəmiyyətli tədbirlər görülür. Bir tərəfdən əl gigiyenası, sosial məsafənin saxlanılması və maska taxılması tədbirləri, digər tərəfdən də əhali arasında peyvəndlənmə tədbirləri davam edir. Lakin bununla yanaşı, qorunma tədbirlərinə əməl olunmalıdır, çünki yeni ştammlar hər zaman meydana çıxa bilər. İndiyə qədər görülən bütün tədbirlərin hamısı birlikdə aparılmalıdır. Necə ki, soyuq havada həm papaq, həm əlcək geyinmək, həm şərf bağlamaq, həm də qalın geyinmək lazımdır, COVID-19-dan da qorunmaq üçün bunların hamısı eyni vaxtda edilməlidir - həm peyvəndləmə aparılmalı, həm otaqlar havalandırılmalı, həm də digər tibbi qaydalar ciddi şəkildə gözlənilməlidir”, - deyə ÜST rəsmisi qeyd edib.

Müəllif: Ayna.az      29 Aprel 2021 16:24
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin