Əsas səhifə Haqqımızda Xəbər lenti

Lerikdə üç uşaq anası amansızlıqla qətlə yetirilib

Lerikdə üç uşaq anası amansızlıqla qətlə yetirilib

Oğlu evə gələndə anasını ölmüş vəziyyətdə tapıb

 

Lerik rayonunda üç uşaq anasının boğazı kəsilərək qətlə yetirilib. AYNA-nın "Report"a istinadən verdiyi xəbərə görə, hadisə Barzavu kəndində qeydə alınıb.

 

Belə ki, təxminən 40-45 yaşlarında olan Zəkifə Feyruz qızı Qəmbərova evində boğazı kəsilmiş vəziyyətdə aşkar olunub. Qadının kiçik oğlu evə gələndə anasını ölmüş vəziyyətdə görüb, qohumlara xəbər verib. Qətlə yetirilən qadının həyat yoldaşı Rusiyada yaşayır. Övladlarından kiçiyi anası ilə birlikdə qalır.

 

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

 

Mərhumun üzərində zorakılıq əlamətlərinin müşahidə olunduğu bildirilir.

 

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az      28 Aprel 2021 21:41
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin