Əsas səhifə Haqqımızda Xəbər lenti

Koronavirus xəstələrindən rüşvət alanlar belə saxlanıldı - VİDEO

Koronavirus xəstələrindən rüşvət alanlar belə saxlanıldı -     VİDEO

“Yeni klinika”nın direktoru və baş həkimin tutulma anının görüntüləri yayılıb

 

Koronavirus xəstələrindən rüşvət alan “Yeni klinika” Publik Hüquqi Şəxsin direktoru Abbasov Pərviz Akif oğlunun və Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əli Ağa oğlunun saxlanma görüntüləri yayılıb. AYNA xəbər verir ki, bu barədə görüntülər AzTV-də yayımlanıb.

 

Qeyd edək ki, hər iki xəstəxananın baş həkimləri koronavirus xəstələrinin özlərinin rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi müqabilində onların yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığıblar.  Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      22 Aprel 2021 15:05
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin