Əsas səhifə Haqqımızda Xəbər lenti

ABŞ-ın Rusiyadakı səfiri Moskvanı tərk etdi

ABŞ-ın Rusiyadakı səfiri Moskvanı tərk etdi

Səfirin avtomobilinə üç çamadan yüklənib

 

ABŞ-ın Moskvadakı səfiri Con Sallivan iqamətgahından ayrılıb. AYNA TASS-a istinadən xəbər verir ki, o, ABŞ-a getmək üçün Şeremetyevo hava limanına yollanıb.

 

Səfirin avtomobilinə üç çamadan yüklənib. Bundan sonra o, maşına minərək qapıdan çıxıb.

 

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 16-da keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Sallivanla görüşündə məsləhətləşmələr üçün Vaşinqtona getməsini tövsiyə edib.

Müəllif: Ayna.az      22 Aprel 2021 11:55
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin