Əsas səhifə Haqqımızda Xəbər lenti

Gürcüstan qəzetində Fatimə Hacıyeva ilə bağlı məqalə dərc edilib

Gürcüstan qəzetində Fatimə Hacıyeva ilə bağlı məqalə dərc edilib

“Əsl həkim üçün təbabət yalnız sənət deyil, bütünlüklə onun həyatıdır”

 

Gürcüstanın “Sakartvelos Respublika" qəzetində əslən Marneuli şəhərindən olan tanınmış həkim-cərrah, mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Elmi Tədqiqat Mamalıq-Ginekologiya İnstitutunun (ETMGİ)  elmi işçisi Fatimə Hacıyevaya həsr olunmuş məqalə dərc edilib.

 

AYNA həmin məqaləni təqdim edir: "Xalqımız tarixən həkimlik sənətinə ən ülvi bir peşə, həkimə müqəddəs bir şəxs kimi baxmışdır. Sənətini yaxşı bilən, xalqın sağlamlığı keşiyində ləyaqətlə dayanan həkimlər. Dərin ağıllı, mütərəqqi adamlar onları loğmanla müqayisə edilmişlər. Xalqın müqəddəs saydığı, inanıb etibar etdiyi həkim adını daşımaq olduqca şərəfli və məsuliyyətlidir.

 

Həkimliyi öyrənmək, əslində insanlığı öyrənməkdir. Əsl həkim üçün təbabət yalnız sənət deyil, bütünlüklə onun həyatıdır. Həkim öz davranışı, şəxsiyyəti, təfəkkürü, dünya görüşü və insanlarla münasibəti ilə başqalarından fərqlənməklə, özünə inam yaratmağı bacarmalıdır. Bütün bunlar həkimlik etikasının əsasını təşkil edir. İnsanda dayanma hissi olmasa, həkimin müalicəsinə şübhə yarana bilər. Həkimə inam hissi olmadıqda onun həyata keçirdiyi bütün müalicə tədbiləri səmərəsiz olur. Əslində, inam həkimlik sənətində ən dəyərli, faydalı vasitədir. Ölümlə həyat arasında çabalayan bir xəstəyə təcili yardım lazım olanda həkim şəxsi evinin qəflətən alova büründüyünü görərkən etdiyi kimi hərəkət etməlidir. Həkim, öz humanist fikrlərini, xeyirxah tədbirlərini sözlə ifadə etməyib, əhalinin sağlamlığı üçün yollar axtarmalı, fəaliyyət göstərməlidir. İnsan o zaman xoşbəxt ola bilərki, öz peşəsini ürəkdən sevsin, dərk etsinki, bu peşə xalqa lazımdır və onun əməyi xalqa fayda gətirir. Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu faktor daha çox önəm daşıyır. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır. Uşaqlıq illərində həkim olmaq istəyən günümüzün qəhramanı, Fatimə Hacıyeva Grücüstanın Marneuli şəhərində dünyaya göz açıb. Beş yaşında kağız üzərində möhür hazırlayıb, oyuncaqlarını müalicə edib, resept yazan körpə qızcığaz əslində öz gələcək peşəsini seçib. Uşaq təfəkkürünün məhsulu mən həkim olacam istəyini reallaşdıran cərrah mama ginekoloq Fatimə Rasim qızı Hacıyeva Bakı şəhərində ziyalı ailəsində anadan olub.

 

1995-ci ildə Bakı şəhəri 7 saylı məktəbi əla qiymətlərlə bitirən Fatimə xanım elə həmin il ekstren yolla həmyaşıdlarından 2 il öncə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin müalicə profilaktika fakültəsinə yüksək balla daxil olmuşdur. 2001-ci ildə həmin fakültəni fərqlənmə diploma ilə bitirib. 2001-2002-ci illərdə F. Əfəndiyev adına xəstəxananın bazasında olan endokrinologiya şöbəsində internatura keçən Fatimə həkim 2005-2007-ci illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin Mamalıq-ginekoligiya kafedrasında kliniki kordinatura keçərək, mama-ginekoloq ixtisasına yiyələnib. Əmək fəaliyyətinə 2008-ci ildə Elmi Tədqiqat Mamalıq Ginekologiya İnstitutunun (ETMGİ) “Mamalıq“ elm bölməsinə elmi işçi vəzifəsində başlayan Fatimə xanım nəzəri və praktik fəaliyyətini elmlə birləşdirmək qərarına gəlir.2008-ci ildə dissertasiya mövzusu təsdiq edilir və 2013-cü ildə həmin mövzunu müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcə alır.

 

Elm-işıqdır, Allah nurundan yaranıb. Əsl alimlər bu nurun daşıyıcılarıdırlar. Elm işığında öyrənmək, işığın içində işıq aramaq elə Allahın işığına doğru daha bir addım yaxınlaşmaq deməkdir. Bir  insanın qiyməti onun elmi, biliyi qədərdir. Elmi fəaliyyətini uğurla davam etdirən Fatimə Hacıyeva 2017-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin elmlər doktoru proqramı üzrə dissertanturasına qəbul olunub. Belə bir ifadə var: "Əgər həkimin işığı başqasının üstünə düşmürsə, özünün sönməsi yaxşıdır. "Hər birimiz bir şam işığı qədər işıq verə bilsək, planetimizin Günəşə ehtiyacı qalmaz", - deyən gülərüzlü, xoş rəftarlı Fatimə Rasim qızı Hacıyeva öz işinin əsl peşəkarıdır. Tibb üzrə Fəlsəfə doktoru, dosent Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi işçisi, praktik ginekoloq - Fatimə xanım üçün peşə də sərhəd yoxdur. Fatimə Hacıyeva 2017-ci ildə ETMGİ-nin "Mamalıq" elm bölməsinin böyük elmi işçisi seçilib. 2019-cu ildə Azərbaycan Respublikası AAK tərəfindən dosent elmi adını alıb. Elə həmin ilin iyun ayında ETMGİ-nun "Ginekologiya" şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Həmin vəzifədə şərəf və ləyaqətlə çalışır. Gənc alim 2 dərs vəsaitinin, 60-dan çox elmi məqalənin müəllifidir. İngiltərə, Ukrayna, Danimarka, İsveç, Macarıstan, Hindistan və Türkiyənin nüfuzlu jurnallarında elmi əsərləri nəşr olunub. 2011-ci ildə İngiltərənin London şəhərində Elizabeth Queen sarayında keçirilən Mama ginekoloqların və androloqların  IV  Böyük Konqresində elmi işinin poster prenzentasiyası Qızıl Medalla mükafatlandırılmışdır. Vətəndaşlıq borcunu layiqincə yerinə yetirən Fatimə xanımın rəhbərlik etdiyi tibbi personal Vətən müharibəsində həlak  olmuş şəhid və qazilərin ailələrinə xidmət göstərir, vaxtaşırı olaraq onların ailələrinə baş çəkirlər. Kollektivin hər bir üzvü bu xidmətləri sevərək, yüksək peşəkarlıqla yerinə yetirirlər. Fatimə Hacıyevanın ictimai fəaliyyətində də xeyriyyəçilik missiyası təqdirəlayiqdir. Ramil Səfərov adına Gömrükçü Cənub İdman Kulubunun Fəxri üzvü olan Fatimə xanım yeniyetmələr arasında boks üzrə Azərbaycan mükafatçısı, Ukrayna Beynəxalq turnirinin qalibi, Qazaxıstan çempionu Rzazadə Rza və Azərbaycan mükafatçısı, dəfələrlə Bakı çempionu olan Nicat Mehdizadəyə daim dəstək olur.

 

İdmana həsr olunmuş 6 elmi əsərin müəllifi olmaqla ehtiyaclı olana maddi, mənəvi yardımlar edir və sağalmalarına köməklik göstərir. Bu onun həyat amalıdır. Fatimə xanımın fəaliyyəti Dədə Qorqud  Milli Fondu tərəfindən “QIZIL ÜRƏK” ordeni ilə mükafatlandırılmışdır. İdarə Heyətinin üzvləri Sakit Məmmədov, Rəşid Rzayev, Məhəmməd Qurbanov, Faiq Səlimovun iştirakı ilə keçrilən tədbirdə Fondun rəhbəri, ”Azərbaycan Dünyası” Beynəlxalq Jurnalının Baş redaktoru Eldar İsmayılov ordeni Fatimə xanıma təqdim etmişdir. Fatimə həkimin sağlam ana, sağlam körpə uğrunda apardığı mübarizənin əsas qayəsi xoşbəxt, möhkəm ailələrin olduğu xoşbəxt cəmiyyət üçün töhfədir. Onuni iş fəaliyyəti ilə yanaşı, ictimai fəliyyətində də xeyriyyəçilik missiyası təqdirəlayiqdir. Ehtiyaclı olan ailələrə maddi və mənəvi yardımlar, sağlamlıqlarının qeydinə qalmaq kimi onlarla faktlar var. Fatimə xanımın timsalında olduğu kimi həkim hər zaman öz həyatını, vaxtını, əyləncəsini, ailəsini digərlərin həyatlarının daha sağlam olması uğrunda fəda edir. Həkimin xoş sözü, mehribanlığı, həssaslığı, qayğıkeşliyi xəstənin vəziyyətinə bir qayda olaraq müsbət təsir göstərir. Ailəsindən, qohum və tanışlarından, dostlarından ayrı düşmək xəstələri kövrəldir. Fikrən həssas olan insan, xəstələndikdə daha da həssas olur. Yerində işlədilməyən sözə, hərəkətə qarşı ciddi reaksiya verir. Belə hallarda həkimin qayğısı, səmimiyyəti ən təsirli müalicə vasitəsidir. Xəstələrə fərdi yanaşmaq, onların şəxsiyyətlərinə, ləyaqətlərinə hörmət etmək həkimlərin müqəddəs borcudur. Əsl həkim hərtərəfli hazırlıqlı, yaradıcı təfəkkürlü, dövrünün tələbləri səviyyəsində durmağı bacaran, sadə, alicənab, müdrik, xeyirxah və işgüzar xarakterə malik olanlardır. Həkim peşəsi olduqca məsuliyyətli və çətindir.

 

Bu sənəti seçən insan daim fövqəladə vəziyyətlərə hazır olmalı və insanlara yardım etmək hissindən həzz almalıdır, Fatimə xanım kimi. Həkimlik sənətinə yiyələnmiş, onun sirlərinə bələd olan, qadın və uşaqların sağlamlığın qorunması sahəsində respublikamızın səhiyyəsinə öz töhfələrini vermiş, tanınmış həkim-cərrah-mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru, dossent Fatimə xanım Hacıyevaya şəxsi həyatında, şərəfli peşəsində, eləcə də elmi yaradıcılığında və ictimai fəaliyyətində uğurlar arzulayırıq".

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      22 Aprel 2021 12:08
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin