Əsas səhifə Haqqımızda Xəbər lenti

Suqovuşanın elektriklə təchizatı sürətləndirilib

Suqovuşanın elektriklə təchizatı sürətləndirilib

Qəsəbənin daxili şəbəsində 0,4 kv hava xətləri bərpa edilmiş, yeni SİP kabellər çəkilib

 

“Azərişıq” ASC işğaldan azad olunmuş əraziləri elektrik enerjisi ilə təchiz etmək üçün kompleks tədbirləri davam etdirir. Bu barədə AYNA-ya “Azərişıq”dan bildirilib.

 

Qeyd edilib ki, Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq səhmdar cəmiyyət “Azərişıq Qarabağda” layihəsi çərçivəsində Suqovuşan ərazisində işləri sürətləndirib.

 

İşğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə 110/35/6 kv-luq Tərtər yarımstansiyasından 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işləri davam etdirilir.

 

Ağıllı Şəbəkə Konsepsiyası işğaldan azad olunan digər ərazilərdə olduğu kimi Suqovuşan ərazisində də tətbiq edilir. 35 kV-luq iki dövrəli xətt izoliyasiyalı kabellə çəkilir. Belə xətlərdə itkilər minumuma enir, əlverişsiz hava şəraitinə daha dözümlüdür, buzlaşmaya qarşı daha dayanıqlıdır, həmçinin belə xətlərin keçdiyi ərazilərdə mühafizə zolağı daha az olur, xəttlərə texniki xidmət xərci minumuma enir.

 

Suqovuşan qəsəbəsinin daxili şəbəsində isə 0,4 kv hava xətləri bərpa edilmiş, yeni SİP kabellər çəkilib. Qısa müddət ərzində qəsəbəyə elektrik enerjisinin verilişi bərpa ediləcək. Bunun üçün lazım olan bütün mal-material əraziyə göndərilib.

Müəllif: Ayna.az      22 Aprel 2021 14:20
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin