Əsas səhifə Haqqımızda Xəbər lenti

Saxta “BioNTech” vaksinləri aşkarlanıb

Saxta “BioNTech” vaksinləri aşkarlanıb

Meksikada 80 nəfərə saxta vaksin vurulub

 

Meksika və Polşada saxta “Pfizer”-“BioNTech” koronavirus vaksinləri aşkarlanıb.

 

AYNA xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.

 

Bildirilib ki, Meksikada ələ keçirilən vaksinlərdə saxta etiketlərə rast gəlinib, Polşadakı saxta COVID-19 peyvəndlərinin tərkibində isə qırışıqlığa qarşı maddələr olduğu ortaya çıxıb.

 

Xəbərdə qeyd olunub ki, Meksikada bir klinikada dozu 1000 dollardan olmaqla, 80 nəfərə saxta vaksin vurulub, içində artırılmış su olan peyvənd şüşələri piknik soyuducusunda saxlanılarkən ələ keçirilib.

 

“Pfizer”in təhlükəsizlik rəhbəri Lev Kubiak bütün dünyanın koronavirus vaksininə ehtiyacı olduğunu və çox məhdud sayda tədarük olunduğu bir mühitdə cinayətkarlar üçün mükəmməl bir fürsət doğduğunu deyib.

 

ABŞ da daxil olmaqla, Meksika və digər ölkələrdə saxta vaksin satışı həyata keçirən onlarla internet saytı bağlanıb.

Müəllif: Ayna.az      22 Aprel 2021 05:14
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin