Əsas səhifə Haqqımızda Xəbər lenti

Türkiyədə COVID-19-dan ölənlərin sayında rekord

Türkiyədə COVID-19-dan ölənlərin sayında rekord

Hazırda ölkədə ağır xəstə sayı 3 mindən çoxdur 

 

Türkiyədə son sutkada 55 149 nəfərin koronavirus (COVID-19) testi pozitiv nəticə verib. İndiyədək 4 446 591 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb.

 

AYNA xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

 

Gündəlik statistikaya əsasən, son 24 saatda 362 nəfər COVID-19-dan dünyasını dəyişib. Bu, indiyədək ölkədə qeydə alınmış ən yüksək sutkalıq ölüm sayıdır. İnfeksiyadan ölənlərin ümumi sayı 36 975 nəfərdir.

 

Hazırda ölkə üzrə 565 274 aktiv koronavirus daşıyıcısı var ki, onlardan 3398 koronaviruslu xəstənin vəziyyəti ağırdır.

 

Türkiyədə indiyədək 3 844 342 nəfər (son sutkada 52 213 nəfər) müalicə olunaraq sağalıb.

Müəllif: Ayna.az      22 Aprel 2021 00:48
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin